Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gimnastlarımız “AGF Trophy” turnirinin ikinci gününü uğurla başa vurublar

Gimnastlarımız “AGF Trophy” turnirinin ikinci gününü uğurla başa vurublar


Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycan gimnastları qızıl və gümüş medallar qazanıblar.
BrendSport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvləri çoxnövçülük proqramında gümüş medal qazanıb.
Böyüklərdən ibarət millinin üzvləri Zöhrə Ağamirova və Alina Gözəlova komanda hesabında birinci olublar.
Bundan əlavə, bu gün başa çatan fərdi çoxnövçülük proqramında Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medala layiq görülüb.
Qeyd edək ki, turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.
Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Aprelin 16-dək davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparır.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş