Azərbaycan gimnastlarına “AGF Trophy” kuboku təqdim edilib
Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri komandasına kubok verilib.
BrendSport.az xəbər verir ki, “AGF Trophy” kuboku 3 lent və 2 top ilə yarışlarda ən yüksək icra xalını toplamış Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandaya təqdim olunub.
Turnir böyük gimnastlar arasında aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.
Facebook-da paylaş