Bakıda Stolüstü tennis turniri keçirilib

14 mart 2026-cı il tarixində Əhmədlidə yerləşən Təhsil Stolüstü Tennis İdman Mərkəzində Bakı şəhərində stolüstü tennisin inkişafına töhfə vermək məqsədilə turnir keçirilib.
Yarışın baş sponsoru Əhmədlidə fəaliyyət göstərən Təhsil Stolüstü Tennis Mərkəzi olub. Turnirin yüksək səviyyədə təşkilinə və keçirilməsinə göstərdikləri dəstəyə görə mərkəzin rəhbərləri Əli müəllimə və Qəmbər müəllimə saytımız adından təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, sözügedən mərkəzin rəhbəri, stolüstü tennisin Bakıda inkişafında xüsusi xidmətləri olan Əli Məmmədovun 70 illik yubileyi münasibətilə keçirilən tədbirdə də saytımız tərəfindən xüsusi diqqət göstərilmiş, saytımızın baş sponsorları olan Soel Parfum və Viplayf tərəfindən yubilyara xatirə hədiyyələri təqdim olunmuşdur. Həmin tədbirdə Əli Məmmədovun illərdir stolüstü tennisin inkişafı istiqamətində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş və ona təşəkkür bildirilmişdir.
Turnir 2010–2012, 2013–2016 və 2017–2020-ci il təvəllüdlü idmançılar arasında üç yaş qrupu üzrə təşkil olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışlarda gənc idmançılar öz bacarıqlarını nümayiş etdirərək tamaşaçılara maraqlı oyunlar təqdim ediblər. Sonda hər üç yaş qrupu üzrə qaliblər müəyyənləşdirilərək pul mükafatları ilə təltif olunublar.
Bir daha qeyd edək ki, turnirin baş sponsoru Əhmədlidə fəaliyyət göstərən Təhsil Stolüstü Tennis Mərkəzi olub və bu kimi yarışların keçirilməsi paytaxtda stolüstü tennisin inkişafına mühüm töhfə verir.
Facebook-da paylaş





















