“15 İyun – Milli Qurtuluş günü”nə həsr edilən stolüstü tennis turniri başa çatıb
Sumqayıt şəhərində “15 İyun – Milli Qurtuluş günü”nə həsr edilmiş stolüstü tennis turniri keçirilib.
BrendSport.az xəbər verir k Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Qarabağ” NN stolüstü tennis klubunun bazasında təşkil olunan yarışda 2006-2008, 2009-2012, 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi maraqlı idman mübarizəsi ilə yadda qalıb. Turnir “15 İyun – Milli Qurtuluş günü”nün şəhərdə qeyd edilməsi, stolüstü tennis idman növünün təbliği və inkişafı, respublika yarışlarında iştirak edəcək şəhər seçmə komandasının komplektləşdirilməsi məqsədi ilə keçirilib.
Qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif olunub.
Facebook-da paylaş