Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Argentina yığması Qvardiolaya tapşırılır?



"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasını Argentinada davam etdirə bilər.

Bu barədə "TN" məlumat yayıb.

Xəbərə görə, o, Argentina millisinin baş məşqçisi olmağa ən real namizəddir.

Ölkənin futbol federasiyası ispan mütəxəssisə ilinə 12 milyon dollar ödəməyə hazırdır.

Ancaq Qvardiolanın Argentina millisi üçün "Mançester Siti"dən gedəcəyi real görsənmir. Belə ki, o, bu yaxınlarda klubu ilə müqaviləsini 2012-ci ilə qədər uzadıb.

Qeyd edək ki, DÇ-2018-in 1/8 final mərhələsində Fransaya məğlub olaraq (3:4) turnirlə vidalaşan Argentina millisinə Xorxe Sampaoli başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş