Kollina VAR sistemini ideal hesab etmir
FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatında tətbiq edilən VAR sistemini dəyərləndirib. Xarici mətbuatın məlumatına görə, sabiq referi bunun hakimlərə böyük köməyi olduğunu düşünür.
Kollina bildirib ki, VAR-ın vasitəsilə haqsız qərarların qarşısı alınıb: “VAR ideal deyil. Ancaq qərarların 99,3%-i doğrudu. Bu da ideala yaxın deməkdi. Bizi daha çox videotəkrarlardan istifadə zamanı itirilən vaxt narahat edirdi. Lakin 2014-cü ildəki dünya çempionatı ilə müqayisədə builki mundialda topun oyunda qaldığı müddət daha çoxdu. Hakimlər əlavə vaxtı da düzgün təyin edirlər”.
Qeyd edək ki, DÇ-2018-də hələlik 24 penalti təyin olunub ki, bunun 7-si VAR-ın köməyi ilə göstərilib. 2 penalti qərarı isə videotəkrara baxdıqdan sonra ləğv edilib.
Facebook-da paylaş