Blatter videotəkrarlar sisteminin istifadəsinə qarşıdır
Slovakiyanın paytaxtı Bratislavada keçirilən UEFA konqresində videotəkrarlar sisteminin (VAR) Çempionlar Liqasının 2018/19 mövsümündə tətbiq edilməyəcəyi açıqlanıb. Bu sistemdən 2018-ci il dünya çempionatında istifadə olunması da müzakirə mövzusudur.
FİFA-nın sabiq prezidenti Yozef Blatter mundialda VAR sisteminin tətbiqinə qarşı çıxıb.
"Mənim fikrim budur ki, dünya çempionatı eksperiment yeri deyil. Mundialda bu sistemin istifadəsinin əleyhinəyəm" - isveçrəli funksioner tvitter səhifəsində yazıb.
Milli.Az
Facebook-da paylaş