Əsas Səhifə > Dünya idmanı > Blatter videotəkrarlar sisteminin istifadəsinə qarşıdır

Blatter videotəkrarlar sisteminin istifadəsinə qarşıdır


2-03-2018, 19:58


Slovakiyanın paytaxtı Bratislavada keçirilən UEFA konqresində videotəkrarlar sisteminin (VAR) Çempionlar Liqasının 2018/19 mövsümündə tətbiq edilməyəcəyi açıqlanıb. Bu sistemdən 2018-ci il dünya çempionatında istifadə olunması da müzakirə mövzusudur.

FİFA-nın sabiq prezidenti Yozef Blatter mundialda VAR sisteminin tətbiqinə qarşı çıxıb.

"Mənim fikrim budur ki, dünya çempionatı eksperiment yeri deyil. Mundialda bu sistemin istifadəsinin əleyhinəyəm" - isveçrəli funksioner tvitter səhifəsində yazıb.

Milli.Az
Geri qayıt