Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FİFA mundialın mükafat fondunu artırdı





FİFA dünya çempionatının mükafat fondunu artırıb. Hindistanda keçirilən şurada DÇ-2018-in mükafat fondu təsdiqlənib.

FİFA-nın qərarına əsasən, Rusiyada baş tutacaq mundialda mükafat fondu ümumilikdə 400 milyon dolları əhatə edəcək. Bu isə 2014-cü ildə keçirilən dünya çempionatı (358 milyon) ilə müqayisədə 12 faiz çoxdu. Pulların necə bölünəcəyi hələ dəqiqləşməyib.

DÇ-2014-də çempion olan Almaniya yığması 35 milyon, finala qədər irəliləyən Argentina millisi isə 25 milyon “premiya” almışdı. Bürünc mükafatçı Hollandiyaya 22 milyon, yarımfinala yüksələn digər komanda Braziliyaya isə 20 milyon dollar pul verilmişdi.

Digər yığmalar da mükafatsız qalmamışdılar. Qrupdan çıxa bilməyən komandalar 8 milyon, ¼ finalda mübarizəni dayandıran millilər isə 14 milyon dollar irəli düşmüşdülər.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş