"Liverpul"un futbolçusu iki həftə yaşıl meydanlardan kənarda qalacaq
İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqu Jota iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
BrendSport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp açıqlama verib.
O, XXXIV turda "Fulhem"ə 3:1 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənən oyunçunun məşqdə zədə aldığını söyləyib.
Qeyd edək ki, portuqaliyalı hücumçu 2020-ci ildən "Liverpul"un formasını geyinir.
Facebook-da paylaş