Yurgen Kloppdan Almaniya millisi ilə bağlı açıqlama
“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbol üzrə Almaniya millisini çalışdıracağını istisna etməyib.
BrendSport.az xəbər verir ki, o, "Bild"ə açıqlamasında deyib: “Ola bilər ki, nə vaxtsa Almaniya millisinin baş məşqçisi olum. Ancaq bunun üçün işləmək lazımdır. “Liverpul”dan ayrılsam, bir il heç nə etməyəcəyəm”.
Almaniyalı mütəxəssis 2015-ci ildən “Liverpul”u çalışdırır.
Xatırladaq ki, Almaniya millisinin hazırkı baş məşqçisi Hans-Diter Flikdir.
Facebook-da paylaş