İngiltərə millisinin müdafiəçisi iki ay yaşıl meydanlardan kənarda qalacaq
İngiltərə millisinin və "Çelsi" klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
BrendSport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda "Brayton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.
İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.
Qeyd edək ki, Ben Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Facebook-da paylaş