A seriyasının ən ödənişli futbolçu kimdi?
A seriyasında ən yüksək məvacib alan futbolçuların adları açıqlanıb.
A seriyasının ən ödənişli futbolçusu “Milan”ın üzvüdü. Bu yay “Yuventus”dan “Milan”a keçən Leonardo Bonuççinin illik məvacibi 8 milyon avrodu. Ancaq onu da deyək ki, müdafiəçinin müqaviləsində bəzi bonuslar da nəzərdə tutulub. Belə olan təqdirdə, onun məvacibi 10 milyon avroya qədər yüksələ bilər.
İkinci pillədə “Yuve”nin hücumçusu Qonsalo İquain qərarlaşıb. Onun illik qazancı 7,5 milyon avro təşkil edir.
3-cü yerdə də “Yuve”li qərarlaşıb. Paulo Dibalanın məvacibi 7 milyon avrodu.
Məşqçilər arasında ən yüksək məvacib Massimilano Alleqridədi - 7 milyon avro.
Luçano Spalletti 4 milyon avroluq məvaciblə 2-ci yerdədi.
Komanda.az
Facebook-da paylaş