Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ" reqbi komandası beynəlxalq turnirdə 4-cü yeri tutub



Oktyabrın 28-də Azərbaycanın reqbi üzrə “Qarabağ” klubunun yeniyetmələrdən ibarət komandası Gürcüstanın Lentexi vilayətində “Rugby World Georgia” və Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalında iştirak edib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi “Xaşuri” kollektivini 15:0, “Amaranti”ni 25:0 və “Kobuleti”ni 20:0 hesabı ilə udmaqla maksimal göstərici ilə qrupda birinci yeri tutub. 1/4 finalda “Lentexi” komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda “Raşebi”yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərinin “Feniks” komandasına əlavə olunan vaxtda "qızıl xal" ilə 5:10 hesabı ilə məğlub olaraq 12 komanda arasında 4-cü yeri tutub. Festivalın ən yaxşı oyunçusu adını “Qarabağ”lı Nuran Novruzlu qazanıb.

Klubun təsisçisi Eldar Kərimov komandanın çıxışını yüksək dəyərləndirib:

“Azərbaycan reqbisi tarixində belə bir nəticə olmamışdı. Ötən Gürcüstan yarışlarında maksimum 2 oyun udub, nəticədə 12 komanda arasında 10-cu yeri tuta bilmişdik. Budəfəki nəticə düz istiqamətdə çalışdığımızı göstərir və növbəti yarışlarda komandamız daha yaxşı çıxış edəcək. Bir müddət əvvəl klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir”.

O diqqətə çatdırıb ki, yarımfinalda məğlub olan komanda 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina etsə də, eyni zamanda təşkilatçılar 3-cü yeri “Qarabağ”a verməyi qərara gəlsələr də, Azərbaycan təmsilçisi bununla bağlı həm “Feniks” komandasına, həm də təşkilatçılara müraciət edərək oyunun baş tutmasını təkidlə xahiş edib: “Nəticədə həmin görüşü məğlub tərk etsək də, zənnimcə, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi ruhunu qorumaqla hamının alqışını qazandıq”.


Facebook-da paylaş

Xəbəri paylaş