“Şuşa” komandası futtennis turnirində birinci yeri tutub
Azərbaycan Futnet Federasiyasının və “ASAN Könülləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə futtennis üzrə Azərbaycan Gəncləri Gününə həsr edilmiş turnir keçirilib.
BrendSport.az xəbər verir ki, futtennis turniri "Marafon" idman klubunda təşkil edilib. Komandalara rəmzi olaraq 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş rayonların adı verilib. Səkkiz komandanın qatıldığı yarış Olimpiya sistemi üzrə təşkil edilib.
Yarışın qalibi “Şuşa” komandası olub. Belə ki, finalda “Cəbrayıl” komandasına 2:1 hesabla qalib gələn “Şuşa”nın futtennisçiləri birinci yeri tutublar. Üçüncü yerdə isə “Füzuli” komandası qərarlaşıb.
Facebook-da paylaş