Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan komandası futtennis üzrə ikinci beynəlxalq turnirin qalibi olub



Martın 4-də Bakıda keçirilən futtennis üzrə ikinci beynəlxalq turnirin qalibləri müəyyənləşib.

BrendSport.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən turnirin baş mükafatına Azərbaycanın ASTA komandası sahib olub. Digər komandamız “Marafon” yarışı ikinci, İran kollektivi isə üçüncü pillədə başa vurub.

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan Futnet Federasiyasının birinci vitse-prezidenti Aydın Hüseynov ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər barədə danışıb. O, futtennis üzrə ikinci beynəlxalq turnirin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini, yarışa böyük marağın olduğunu diqqətə çatdırıb.

Əvvəlcə turnirin ən yaxşı oyunçusu - İran komandasından Cəmil Kor, ən yaxşı oyunçu-məşqi - ASTA-dan Saşa Yunusoğlu, ən gənc oyunçu - Gürcüstan kollektivindən Anri Qurabadze mükafatlandırılıb.

Daha sonra turniri yüksək səviyyədə işıqlandırdığına görə media nümayəndələrinə təşəkkürnamə təqdim edilib. AZƏRTAC-ın əməkdaşı Səxavət Quliyev də mükafatçılar sırasında olub.

Sonda qalib komandalara medallar, qiymətli hədiyyələr və kubok təqdim olunub.

Turnirdə 4 Azərbaycan komandası ilə yanaşı, Rusiya, Gürcüstan və İran kollektivləri də birincilik uğrunda mübarizə aparıblar.

Beynəlxalq turniri izləyənlər arasında Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və Azərbaycan Futnet Federasiyasının rəhbərliyi də olub.


Facebook-da paylaş

Xəbəri paylaş