Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” reqbi komandası Gürcüstanda beynəlxalq festivalda iştirak edib

“Qarabağ” reqbi komandası Gürcüstanda beynəlxalq festivalda iştirak edib


Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında onuncu beynəlxalq reqbi festivalı keçirilib.
BrendSport.az xəbər verir ki, bu festivalda ölkəmizi “Qarabağ” klubu təmsil edib. Festivalda 2010-2012-ci il təvəllüdlü idmançılarımız mübarizə aparıblar.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, azərbaycanlı jurnalistlər və Gürcüstan universitetlərində təhsil alan bir qrup tələbə Qoriyə gələrək idmançılarımıza dəstək olublar.
Şidi Kartli qubernatorunun müavini Temur Xubuluri, Qori şəhər merinin müavini Tamaz Şioşvili Azərbaycan səfirini qarşılayıblar. Azərbaycan səfirinin və səfirlik əməkdaşlarının idman festivalını izləmək üçün Qoriyə gəlmələri və “Qarabağ” komandasına verdiyi dəstəyi yüksək qiymətləndirilib. Bildirilib ki, yeniyetmələr arasında bu cür yarışların təşkili ölkələrimiz arasında dostluğun inkişafına, eləcə də azyaşlıların idmana marağının artmasına təkan verir.
Səfir Faiq Quliyev "Qarabağ" klubunun idmançıları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Diplomat Azərbaycanda dövlət tərəfindən idmana göstərilən yüksək diqqətdən danışıb, "Qarabağ" futbol komandasının beynəlxalq yarışlarda qazandığı qələbələri qeyd edib, gənc reqbiçilərə uğurlar arzulayıb.
Sonra xatirə şəkili çəkdirilib.
Yarış hər birində 4 komanda olmaqla 2 qrupda aparılıb.
"Qarabağ" komandası Gürcüstanın ən güclü klubları olan "Martre", "Kazbeqi " və "Samtrediya" komandaları ilə bir qrupda oynayıb.


Facebook-da paylaş

Xəbəri paylaş