Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin heyətində dəyişiklik edildi



Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində səfərdə Malta yığması ilə qarşılaşacaq.

UEFA-nın saytında yayılan xəbərə görə, Azərbaycan millisinin daha əvvəl açıqlanan ilkin heyətindən iki futbolçu kənarlaşdırılıb. Millinin baş məşqçisi Qurban Qurbanov Bəxtiyar Həsənalızadə ilə (Sumqayıt) Ruslan Qurbanovun (Səbail) adını siyahıdan çıxarıb. Onların əvəzində Millətlər Liqasının 1-ci turunda Kosovo ilə oyunda (0:0) olmayan Namik Ələskərovun adı "23-lüy"ə daxil edilib.

Bəxtiyar Həsənalızadə Kosovo ilə görüşdə iştirak etməmişdisə, Ruslan Qurbanov start heyətində meydana çıxdığı oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi.

Malta - Azərbaycan matçı Ta Qali Milli stadionuna keçiriləcək və saat 22:45-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş