Millimizin heyətində məcburi dəyişiklik edildi
UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.
Facebook-da paylaş