Əsas Səhifə > Xəbər lenti > Millimizin heyətində məcburi dəyişiklik edildi

Millimizin heyətində məcburi dəyişiklik edildi


3-09-2018, 23:44


UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Səlahət Ağayev atasının vəfatı ilə əlaqədar millinin düşərgəsindən ayrılıb. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Onun əvəzinə toplanışa Şahruddin Məhəmmədəliyev dəvət olunub.
Geri qayıt