"İnter" baş məşqçisi ilə yeni müqavilə imzalayacaq
İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaginin müqaviləsinin müddətini uzadacaq.
BrendSport.az xəbər verir ki, bu barədə məşhur insayder Nikolo Skira bildirib.
Onun sözlərinə görə, 47 yaşlı mütəxəssisin sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulacaq.
Yeni müqavilədə İnzaginin maaşının artırılması da nəzərdə tutulub.
Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin yayında "İnter"in baş məşqçisi təyin olunub. Komanda ötən mövsüm UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə uduzub. Milan təmsilçisi hazırda A Seriyasında 69 xalla liderdir.
Facebook-da paylaş