“İnter” iki futbolçusu ilə müqaviləni yeniləyəcək
![“İnter” iki futbolçusu ilə müqaviləni yeniləyəcək](/uploads/posts/2023-05/1685006650_16850053984464459099_367x266.jpg)
İtaliyanın “İnter” klubu iki futbolçusu ilə müqaviləni yeniləyəcək.
BrendSport.az xəbər verir ki, yarımmüdafiəçi Hakan Çalhanoğlu və müdafiəçi Alessandro Bastoni ilə yeni müqavilə imzalanacaq.
Hakan Çalhanoğlu ilə yeni müqavilənin müddəti 2027-ci, Alessandro Bastoni ilə 2028-ci ilin iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, ötən gecə “İnter” İtaliya kuboku yarışlarının finalında “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edib. Hər iki oyunçu start heyətdə meydana çıxıblar.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)