“Milan” klubu əlcəzairli futbolçu ilə müqaviləni yeniləyib
“Milan” klubu yarımmüdafiəçisi İsmael Bennaserlə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzairli oyunçu ilə 2027-ci ilin iyununadək müqavilə imzalanıb.
Xatırladaq ki, futbolçu bu mövsüm A Seriyasında “Milan”ın heyətində 17 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən sözügedən klubda çıxış edir.
Facebook-da paylaş