“Vilyarreal” futbolçusu Jerar Moreno ilə müqaviləni yeniləyib
İspaniyanın “Vilyarreal” klubu futbolçusu Jerar Moreno ilə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, ispaniyalı hücumçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya milli komandasının da üzvü olan Moreno 2018-ci ilin yayından “Vilyarreal”da çıxış edir.
Facebook-da paylaş