Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Yuventus" Ronaldo ilə müqaviləni uzatmaqdan imtina etdi



"Yuventus" həddindən artıq yüksək maaş səbəbindən portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə müqaviləni uzatmaqdan imtina edib.

BrendSport.az
xəbər verir ki, bu barədə “Sky Sports” bildirib.

Klubun Ronaldo ilə qüvvədə olan razılaşması 2022-ci il ilin yayına qədər nəzərdə tutulub. Bu halda klub və futbolçu qarşılıqlı anlaşmadadır və birgə məhsuldar iş davam edir.

Bundan əvvəl bildirilirdi ki, "Yuventus" və Ronaldo yaxın günlərdə müqavilənin müddətinin uzadılmasını müzakirə etmək niyyətindədir.

Məlumata görə, Turin klubu 2023-cü ilə qədər portuqal hücumçu ilə yeni razılaşmanı imzalamaq istəyir. Yeni müqavilənin şərtlərinə görə, Ronaldonun maaşı azaldılacaq: portuqaliyalı indiki razılaşmanın şərtlərində yazılmış illik 31 milyon avro əvəzinə 20 milyon avro alacaq.

Ronaldo 2018-ci ildən “Yuventus”da çıxış edir. Otuz altı yaşlı portuqaliyalı hücumçu ötən mövsümdə 29 qol vurub. O, bununla İtaliya çempionatının ən yaxşı bombardiri olub.

Ronaldonun İtaliya klubu ilə qüvvədə olan müqaviləsi 30 iyun 2022-ci ildə başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş