“Səbail” klubu kapitanı ilə müqaviləni yeniləyib
Bakının “Səbail” klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
BrendSport.az kluba istinadla xəbər verir ki, paytaxt təmsilçisi kapitanı Rahid Əmirquliyev yeni sözləşməyə imza atıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2020/2021-ci il mövsümündə də “Səbail”in formasını geyinəcək.
R.Əmirquliyev 2018-ci ildən “Səbail”də çıxış edir. Təcrübəli oyunçu komanda ilə 2018/2019-cu il mövsümündə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb.
Qeyd edək ki, “Səbail” daha öncə Orxan Qurbanlı, Bahadur Həziyev, Elçin Rəhimli, Peyman Keşavarz, Adil Nağıyev, Rauf Əliyev, Mabidi Çikito Lema, Elxan Əhmədov və Kamal Bayramovla da yeni müqavilə bağlayıb.
Facebook-da paylaş