Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Çelsi"nin daha bir futbolçusu "Milan"a keçir



İngiltərənin "Çelsi" klubunun futbolçusu Kristian Pulişiç karyerasını İtaliyada davam etdirəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, 25 yaşlı yarımmüdafiəçi "Milan"la müqavilə imzalayacaq.

Pulişiçin sözləşməsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki, "Milan" daha əvvəl "Çelsi"dən Ruben Loftus-Çiki heyətinə qatıb.


Facebook-da paylaş

Xəbəri paylaş