Jiru "Milan"la razılaşdı
“Çelsi”nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam edirəcək.
BrendSport.az "Tuttosport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu “Milan”la razılaşıb.
Fransalı forvardın “qırmızı-qaralar”la 2 illik müqavilə imzalayacağı bildirilib. Onun illik maaşının 4 milyon avro olacağı da qeyd olunub.
Qeyd edək ki, Jirunun “Çelsi” ilə müqaviləsi iyunda başa çatır. Buna görə də o, “Milan”a azad agent kimi keçəcək.
Facebook-da paylaş