“Milan”ın Fabreqas planı
Bu mövsümün sonunda “Çelsi” ilə müqaviləsi başa çatacaq Sesk Fabreqas İngiltərədən gedə bilər.
İtaliyanın “Corriere dello Sport” nəşri xəbər verir ki, “Milan” 31 yaşlı yarımmüdafiəçi üçün ”zadəganlar”ın qapısını döyməyə hazırlaşır. Xəbərdə İtaliya təmsilçisinin futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırdığı qeyd olunub. “Çelsi”nin də futbolçunun satışından gəlir əldə etmək üçün bu təklifə müsbət yanaşdığı bildirilir.
“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Sarri indiyə qədər keçirilən heç bir Premyer Liqa oyununda Fabreqasa şans verməyib.
Fabreqasın “Çelsi” ilə müqavilə müddəti 2019-cu il iyunun 30-da başa çatacaq. Yarımmüdafiəçi 2014-cü ildən “zadəganlar”ın uğurları üçün çalışır. “Barselona”nın yetirməsi olan Sesk, daha öncə uzun müddət “Arsenal”ın da şərəfini qoruyub.
Facebook-da paylaş