Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: İnzagi "Milan"la cavab oyununun baş hakiminə təzyiq edib






İtaliyanın "İnter" klubunun baş məşqçisi Simone İnzagi "Milan"a qarşı keçiriəcəkləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçının baş hakimi Kleman Türpenə təzyiq edib.

BrendSport.az xəbər verir ki , oyunöncəsi mətbuat konfransında referinin fransalı olduğunu xatırladan 47 yaşlı mütəxəssis rəqibin heyətində onun 4 həmyerlisinin oynadığını bildirib.

Amma italiyalı çalışdırıcı bunun komandası üçün problem olmadığını söyləyib: "Nadir hallar istisna olmaqla, hakimlər haqqında danışmamağa üstünlük verirəm. İlk matçı xatırlayırsınızsa, bir epizod var idi - Kruniçin cərimə meydançasında Bastoniyə qarşı kobud oyunu başqa cür dəyərləndirilməliydi. Yəqin ki, hesab 3:0 olsaydı, cavab görüşü fərqli məcrada keçəcəkdi. Sabahkı hakimə gəlincə, dostlarım mənə dedilər ki, o, fransızdır və Milanda dörd həmyerlisi var. Bu, bizim üçün problem deyil".

Qeyd edək ki, mayın 16-da keçiriləcək "Milan" - "İnter" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşmada Simone İnzaginin baş məşqçi olduğu komanda qələbə qazanıb - 2:0.


Facebook-da paylaş

Xəbəri paylaş