Əsas Səhifə > Maraq > Çempionlar Liqası: İnzagi "Milan"la cavab oyununun baş hakiminə təzyiq edib
Çempionlar Liqası: İnzagi "Milan"la cavab oyununun baş hakiminə təzyiq edib15-05-2023, 21:15 |
İtaliyanın "İnter" klubunun baş məşqçisi Simone İnzagi "Milan"a qarşı keçiriəcəkləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçının baş hakimi Kleman Türpenə təzyiq edib. BrendSport.az xəbər verir ki , oyunöncəsi mətbuat konfransında referinin fransalı olduğunu xatırladan 47 yaşlı mütəxəssis rəqibin heyətində onun 4 həmyerlisinin oynadığını bildirib. Amma italiyalı çalışdırıcı bunun komandası üçün problem olmadığını söyləyib: "Nadir hallar istisna olmaqla, hakimlər haqqında danışmamağa üstünlük verirəm. İlk matçı xatırlayırsınızsa, bir epizod var idi - Kruniçin cərimə meydançasında Bastoniyə qarşı kobud oyunu başqa cür dəyərləndirilməliydi. Yəqin ki, hesab 3:0 olsaydı, cavab görüşü fərqli məcrada keçəcəkdi. Sabahkı hakimə gəlincə, dostlarım mənə dedilər ki, o, fransızdır və Milanda dörd həmyerlisi var. Bu, bizim üçün problem deyil". Qeyd edək ki, mayın 16-da keçiriləcək "Milan" - "İnter" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşmada Simone İnzaginin baş məşqçi olduğu komanda qələbə qazanıb - 2:0. Geri qayıt |