Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə Premyer Liqası: "Çelsi" "Arsenal"la matçda qələbəni əldən verib




İngiltərə Premyer Liqasının doqquzuncu turunun mərkəzi matçı Londonun “Stemford Bric” stadionunda baş tutub.

BrendSport.az
xəbər verir ki, London derbisində “Çelsi” “Arsenal”ı qəbul edib.

Oyunda hesab erkən açılıb: 15-ci dəqiqədə ev sahibləri Koul Palmerin penaltidən vurduğu qolla üstünlüyü əldə ediblər. Birinci hissə “zadəganlar”ın minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıda “Çelsi” təzyiqi artıraraq hesabdakı fərqi artırıb: 48-ci dəqiqədə Mixaylo Mudrik mükəmməl zərbə ilə topu “Arsenal”ın qapısına göndərib – 2:0. Matçın sonlarına doğru təşəbbüs “topçular”a keçməyə başlayıb. 77-ci dəqiqədə Deklayn Rays fərqi minimuma endirib. 84-cü dəqiqədə isə Bukayo Sakanın ötürməsindən sonra belçikalı Leandro Trossard komandasını məğlubiyyətdən xilas edib.

Beləliklə, London derbisində qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu heç-heçə ilə “Çelsi” 1 xal qazanıb və uzun aradan sonra yenidən ilk onluğa qayıdıb. Komandanın 9 oyundan sonra 12 xalı var. “Arsenal” isə turnir cədvəlində “Liverpul”u ötərək 2-ci pilləyə yüksəlib. “Topçular”ın aktivində 21 xal var. Hazırda turnir cədvəlinə “Mançester Siti” başçılıq edir. İlk dördlüyü isə “Tottenhem” qapayıb: “mahnızlar” 8 oyuna 20 xal qazana biliblər.


Facebook-da paylaş

Xəbəri paylaş