Əsas Səhifə > Dünya idmanı > İngiltərə Premyer Liqası: "Çelsi" "Arsenal"la matçda qələbəni əldən verib
İngiltərə Premyer Liqası: "Çelsi" "Arsenal"la matçda qələbəni əldən verib22-10-2023, 07:27 |
İngiltərə Premyer Liqasının doqquzuncu turunun mərkəzi matçı Londonun “Stemford Bric” stadionunda baş tutub. BrendSport.az xəbər verir ki, London derbisində “Çelsi” “Arsenal”ı qəbul edib. Oyunda hesab erkən açılıb: 15-ci dəqiqədə ev sahibləri Koul Palmerin penaltidən vurduğu qolla üstünlüyü əldə ediblər. Birinci hissə “zadəganlar”ın minimal üstünlüyü ilə başa çatıb. İkinci yarıda “Çelsi” təzyiqi artıraraq hesabdakı fərqi artırıb: 48-ci dəqiqədə Mixaylo Mudrik mükəmməl zərbə ilə topu “Arsenal”ın qapısına göndərib – 2:0. Matçın sonlarına doğru təşəbbüs “topçular”a keçməyə başlayıb. 77-ci dəqiqədə Deklayn Rays fərqi minimuma endirib. 84-cü dəqiqədə isə Bukayo Sakanın ötürməsindən sonra belçikalı Leandro Trossard komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, London derbisində qalib müəyyənləşməyib – 2:2. Qeyd edək ki, bu heç-heçə ilə “Çelsi” 1 xal qazanıb və uzun aradan sonra yenidən ilk onluğa qayıdıb. Komandanın 9 oyundan sonra 12 xalı var. “Arsenal” isə turnir cədvəlində “Liverpul”u ötərək 2-ci pilləyə yüksəlib. “Topçular”ın aktivində 21 xal var. Hazırda turnir cədvəlinə “Mançester Siti” başçılıq edir. İlk dördlüyü isə “Tottenhem” qapayıb: “mahnızlar” 8 oyuna 20 xal qazana biliblər. Geri qayıt |