Amerikalı Simona Baylz tarixin ən titullu gimnastı olub
Amerikalı gimnast Simona Baylz altıncı dəfə fərdi çoxnövçülükdə dünya çempionu olub və belaruslu Vitaliy Şerbonu dünya çempionatlarında və Olimpiadalarda medalların sayına görə qabaqlayıb: 34-33.
BrendSport.az xəbər verir ki , Baylz 58,399 bal toplayıb.
İkinci yeri braziliyalı Rebeka Andrade (56,766), üçüncü yeri isə ABŞ təmsilçisi Şiliz Cons (56,332) tutub.
İyirmi altı yaşlı Simona Baylz 2023-cü ildə iki illik fasilədən sonra idmana qayıdıb. Onun dünya çempionatlarında 21-i qızıl olmaqla 27 medalı var. Simona Baylz dördqat Olimpiya çempionu, həmçinin gümüş və iki dəfə bürünc mükafatçıdır.
Facebook-da paylaş