Əsas Səhifə > Dünya idmanı > Amerikalı Simona Baylz tarixin ən titullu gimnastı olub

Amerikalı Simona Baylz tarixin ən titullu gimnastı olub


7-10-2023, 11:49




Amerikalı gimnast Simona Baylz altıncı dəfə fərdi çoxnövçülükdə dünya çempionu olub və belaruslu Vitaliy Şerbonu dünya çempionatlarında və Olimpiadalarda medalların sayına görə qabaqlayıb: 34-33.

BrendSport.az
xəbər verir ki , Baylz 58,399 bal toplayıb.
İkinci yeri braziliyalı Rebeka Andrade (56,766), üçüncü yeri isə ABŞ təmsilçisi Şiliz Cons (56,332) tutub.

İyirmi altı yaşlı Simona Baylz 2023-cü ildə iki illik fasilədən sonra idmana qayıdıb. Onun dünya çempionatlarında 21-i qızıl olmaqla 27 medalı var. Simona Baylz dördqat Olimpiya çempionu, həmçinin gümüş və iki dəfə bürünc mükafatçıdır.
Geri qayıt