Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Monakoda “Laureus World Sports Awards” mötəbər mükafatının təqdimetmə mərasimi keçirilib

Monakoda “Laureus World Sports Awards” mötəbər mükafatının təqdimetmə mərasimi keçirilib
Monakoda idman “Oskar”ı adlandırılan “Laureus World Sports Awards” mötəbər mükafatının illik təqdimetmə mərasimi keçirilib. Tədbirdə 2018-ci ilin idman sahəsində fərqlənən idmançıları adları acıqlanıb.

BrendSport.az xəbər verir ki, ilin ən yaxşı idmançısı adını serbiyalı tennisçi Novak Çokoviç qazanıb. O, karyerası ərzində dördüncü dəfə bu mükafata layiq görülüb.
Qadınlar arasında ən yaxşı idmançı adına ABŞ gimnastı Simona Baylz sahib olub. O, bu nominasiyada iki tennisçi Anjelik Kerber və Simon Xalepi qabaqlayıb.
İlin “sıçrayışı” nominasiyasına yaponiyalı tennisçi Naomi Osaka layiq görülüb. Yaponiyalı idmançı ardıcıl iki dəfə “Australia Open” turnirinin qalibi olub.
Futbol üzrə Fransa millisi ilin komandası seçilib. Fransızlar 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi adı qazanıblar. Fransa yığması Formula 1 üzrə dünya çempionatında çıxış edən “Mersedes” komandasını və “Real Madrid” futbol klubunu qabaqlayıblar.
Futbolun inkişafındakı xidmətlərinə görə, İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi fransalı mütəxəssis Arsen Venqer mükafata layiq görülüb.
Qeyd edək ki, “Laureus World Sports Awards” illik mükafatı 2000-ci ildən başlayaraq təqdim edilir.


Facebook-da paylaş

Xəbəri paylaş