Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ndlovu rumın klubunda? - AÇIQLAMA



"Qarabağ”ın hücumçusu Dino Ndlovunun klubumuza keçidiylə bağlı məlumatım yoxdu".

BrendSport.az xəbər verir ki, bunu Rumıniya çempionatının 20-ci turu çərçivəsində "Voluntari" klubu ilə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında ÇFR klubunun baş məşqçisi Dan Petresku "Report”un Şərqi Avropa bürosunun sualını cavablandırarkən deyib.

"Son günlər istər Azərbaycan, istərsə də Rumıniya KİV-i Afrika mətbuatına istinadən yazır ki, Kluj şəhər təmsilçiləri Dino Ndlovunu "qış transfer pəncərəsi" dövründə heyətinə qatmaq və onun xidmətindən yararlanmaqda maraqlıdı. Bu nə dərəcədə doğrudu?” sualına "dəmiryolçular”ın baş məşqçisi belə cavab verib:

"Dino Ndlovunun klubumuza transferi ilə bağlı məlumatsızam və təəssüf ki, bu məsələ ilə bağlı hər hansı bir açıqlama verə bilməyəcəyəm”.

ÇFR klubu Rumıniya I liqasında 20 turdan sonra 46 xalla turnir cədvəlinə başçılıq edir.


Facebook-da paylaş

Xəbəri paylaş