“Qarabağ”la bağlı yeni iddia: İranlı hücumçu
Çempionlar Liqasında iştirak edən “Qarabağ” Yunanıstanın “Olimpiakos” klubunun iranlı hücumçusu Kərim Ansarifardı heyətinə qata bilər.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb. Yunan həmkarlarımızın yazdığına görə, Azərbaycan çempionu Kərimi icarəyə götürmək üçün “Olimpiakos”la danışıqlara başlayıb.
27 yaşlı futbolçu Yunanıstan klubunda daha çox ehtiyatda qalır və onun Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”a keçidin əleyhinə olmadığı iddia olunur.
“Qarabağ” Yunanıstanın digər klubu - PAOK-un yarımmüdafiəçisi Pedro Enrikeni də icarəyə götürmək istəyir.
Kərim Ansarifard İran millisinin də üzvüdü.
Facebook-da paylaş