“Qarabağ” qrupdan çıxsa...
Avropanın aparıcı bukmeker kontorları Çempionlar Liqasında iştirak edən klubların mərhələ adlamaq şanslarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin 32 iştirakçısının 1/16 finala yüksəlməsi üçün pul qoyuluşları bəlli olub.
Azərbaycan çempionu “Qarabağ”ın ilk iki yerdən birini tutmaq şansı 41,00 əmsalı ilə dəyərləndirilib. Bu da o deməkdi ki, çempionumuz qrupdan çıxsa, onlara pul qoyuluşu edənlər 41 qat qazanc əldə edəcək. C qrupunda çıxış edən təmsilçimiz digər üç rəqibi ilə müqayisədə daha az şansa malikdi.
İngiltərə “Çelsi”sində bu rəqəm 1,33, İspaniya “Atletiko”sunda isə 1,36-dı. İtaliya “Roma”sı əsas favoritlərdən az geri qalır – 1,60.
Ümumiyyətlə isə “Qarabağ” 32 komanda arasında 31-ci göstəriciyə malikdi. Yalnız Kipr APOEL-inin mərhələ keçməsinə inam daha azdı – 51,00. Bu da onların “Real” Dortmund “Borussiya”sı və “Tottenhem”lə eynii qrupa düşməsi ilə bağlıdı.
Çempionlar Liqasının ən şanslıları isə “Barselona”, “Bavariya” və PSJ-di. Onların qrupdan çıxmaq ehtimalı 1,01-di.
Facebook-da paylaş