Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Vaxt gələcək mən də ən yüksək dan sahibi olacam"



Pəhlivan Məmmədli 2007-ci ildə Saatlı rayonunda anadan olub. Saatlı rayon Səməd Vurğun adına orta məktəbin V sinif şagirdidir.

Pəhlivan 3 ildir taekvondo ilə məşğuldur. Bakı, Ağdaş, Şirvan, Qəbələ, Ağsu və Ağcabədi rayon açıq birinciliklərinin qalib olub. Pəhlivanın yaşının az olmasına baxmayaraq, artıq I dan qara kəmər sahibidir.

Şəxsi məşqçisi atası taekvondo idman növü üzrə IV dan qara kəmər sahibi Pərviz Məmmədovdur. Pərviz müəllim "Araz- Şöhrət" taekvondo klubunun rəhbəridir.

Pəhlivanın dediklərindən:
- Hər işimdə atama oxşamaq istəyirəm. Vaxt gələcək mən də ən yüksək dan sahibi olacam. Atam da mənimlə fəxr edəcək.


Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş