Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondo üzrə yaşıl-göy kəmər sahibi



İslam Babayev 2006-cı il sentyabr ayının 11-də Göyçay rayonunda anadan olub. 7 yaşından taekvondo idman növü ilə məşğul olmağa başlayıb. Hazırda Göyçay rayon 3 saylı tam orta məktəbin VI sinfində oxuyur. Sinif müəlliməsi Afət Məmmədovadı. Sinifdə öz nümunəvi davranışı ilə seçilən sagirddir.

Şəxsi məşqçisi Azərbaycan Taekvondo Federasiyasının tanınmış məşqçilərindən olan Kazım Kazımovdur. İslamın ilk nəticəsi Laçın rayon taekvondo birinciliyində olmuşdur. Belə ki, burada İslam 3-cü yerə layiq görülüb.

Göyçayda keçirilən açıq birincilikdə isə çempion olub. İslam ümumilikdə 2 qızıl, 2 gümüş və 3 bürünc medal toplaya bilib.

Taekvondo üzrə yaşıl-göy kəmər sahibidir. İslamın ən böyük arzusu Avropa çempionu olub, Azərbaycanın bayrağını yüksəklərdə dalğalandırmaqdır.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi




Facebook-da paylaş

Xəbəri paylaş