"Mənçə, bu idman növü daha populyardı"
Ramil Abdullayev 2003-cü il iyulun ayının 15-də Sumqayıt şəhərində anadan olub. Sumqayit 12 nömrəli məktəbin şagirdidir. Taekvondo ilə məşğul olan Ramil dəfələrlə zona yarışlarının mükafatçısı və qalibi olub. Ən yüksək uğuru isə 2016-cı ildə Respublika cempionluğudur.
- Ramil, niyə məhz taekvondonu seçdin?
- Mənçə, bu idman növü daha populyardı. Bir-iki dəfə İsa müəllimin məşq zalına gəlib baxdım. Xoşuma gəldi və mən də başladım məşqlərə.
- Məşqçin barədə nə deyə bilərsən?
- Hörmətli insandır. Bizimlə dostcasına davranır, amma tələbkardır.
- Fikirlərinə görə sağ ol.
- Siz də sağ olun.
Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi
Facebook-da paylaş