Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Karate üzrə böyüklər arasında 29-cu respublika çempionatı keçiriləcək

Karate üzrə böyüklər arasında 29-cu respublika çempionatı keçiriləcək


Yanvarın 9-da Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Klubunda böyüklər arasında 29-cu respublika çempionatı keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, çempionatın kumite yarışlarında kişilər 60, 67, 75, 84, +84 kq, qadınlar isə 50, 55, 61, 68, +68 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Kumite yarışları ilə yanaşı, karateçilər fərdi kata turnirində də iştirak edəcəklər.
Qalib və mükafatçılar Azərbaycan Karate Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının təsis etdiyi kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.


Facebook-da paylaş