Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb

“Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb

Bakının "Neftçi” futbol klubu mərkəz müdafiəçisi transferini rəsmiləşdirib.
BrendSport.az klubun saytına istinadla xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.


Facebook-da paylaş

Xəbəri paylaş