Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub



Dünya Pauerliftinq Konqresinin (WPC) Azərbaycan üzrə rəsmi nümayəndəsi, beynəlxalq dərəcəli hakim Zaur Cəfərov İrlandiyada keçiriləcək WPC/AWPC Avropa çempionatına baş hakim təyin olunub.

BrendSport.az
xəbər verir ki, yarış iyunun 1-dən 6-dək İrlandiyanın Limerik şəhərində təşkil olunacaq.

Zaur Cəfərov iyunun 1-dən 5-dək qitə birinciliyinin ən məsuliyyətli görüşlərini idarə edəcək. O, iyunun 6-da isə hakimlik fəaliyyətini idmançı kimi çıxışla əvəz edərək Avropa çempionatında Azərbaycanı təmsil edəcək və medallar uğrunda mübarizə aparacaq.

Mötəbər turnirdə ölkəmizi WPC Azərbaycan yığmasının tərkibində daha iki idmançı da təmsil edəcək. AWPC versiyası üzrə Elmir Tarverdiyev yerdənqoparma (deadlift), Orxan Fərzəliyev isə üçnövçülük (classic raw powerlifting) yarışlarında çıxış edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş