Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Sportinq"in "Arsenal"dan xal alması işləri bir az dəyişdi" - Rəşad Sadıqov



"Oyundan öncə özümüzü də hazırlamışdıq ki, matç gərgin keçəcək. Bir gün əvvəlki məşqdə də meydançanın donduğunu gördük. Ona görə də buna hazır idik".

Bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Ukrayna "Vorskla"sını 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

"Rəqib də evdə oynadığından, bilirdik ki, daha istəkli və aqressiv olacaq. Düşünürəm ki, fərqli və maraqlı oyun oldu. Meydanın donması topa nəzarəti biraz çətinləşdirirdi. Amma bu oyunun sürətli olmasına da şərait yaratdı. Çox sayda ikili mübarizələr olurdu. Düşünürəm ki, maraqlı oyun oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm, yaxşı çıxış etdilər. Meydançanın hər qarışı uğrunda mübarizə apardılar. Bunun da sonunda yaxşı nəticə əldə etdik" deyə Sadıqov bildirib.

Kapitan qrupdan çıxmaq şanslarını da dəyərləndirib: "Sportinq"in səfərdə "Arsenal"dan xal alması işləri bir az dəyişdi. Düzdü, şanslarımız elə də çox deyildi, amma indi daha da çətindi. Biz də "Sportinq"lə evdə oynayırıq, yaxşı nəticə qazanmağa çalışacağıq".


Facebook-da paylaş