Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır"



"Düşünürəm ki, maraqlı, sürətli oyun izlədik. Yetərincə qol epizodları oldu, hər iki komanda kombinasiyalı futbol sərgilədi. Düşündüyümüz bir çox şeylər alındı. Ancaq xırda səhvlərə yol verdik və nəinki qələbə, heç bərabərliyi də qoruya bilmədik".

Bu sözləri Gürcüstanın U-20 yığması ilə yoldaşlıq oyunundan sonra Azərbaycanın müvafiq yaş qrupundan olan milli komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

Sadıqov 1:2 hesabı ilə yenildikləri oyundan sonra fikirlərini bildirib: "Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir. Komanda yenidi. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budu ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır. Oyundan öncə danışığımız oldu. Sonra belə ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. Birinci oyundu, səhvlər olması normaldı. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi".

"Mayın 27-dək birgə olacağıq. Bundan sonra qərar verəcəyik ki, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar" deyə baş məşqçi əlavə edib.

Rəşad Rusiyaya səfərinin səbəbləri barədə də danışıb: "Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə də, Ukraynaya da gedəcək, oradakı futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam".


Facebook-da paylaş

Xəbəri paylaş