Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib



İyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədilə Koordinasiya Komissiyasının texniki görüşü keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, görüşdə gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov, Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyasının sədri Corce Vişaçki və digər nümayəndələr iştirak ediblər.

İki gündür Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökumətinin Avropa Gənclər Olimpiya Festivalına hazırlıq istiqamətində gördüyü işlərin yüksək səviyyədə olduğunu bildirib, gələcək addımlarla bağlı fikir mübadiləsi aparıblar. Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda, Azərbaycan Milli Antidopinq Agentliyində və yarışların keçiriləcəyi bir sıra idman arenalarında olublar.

Görüşdə akkreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların arenalara vaxtında aparılıb-gətirilməsi, nəqliyyat, təhlükəsizlik, dopinq yoxlamaları, yarışa dair digər mühüm mövzular müzakirə edilib.

Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də keçiriləcək. Bu günədək 49 ölkə yarışda iştirakını təsdiqləyib. Ümumilikdə Avropanın 50 ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On iki arenada idmanın on növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.


Facebook-da paylaş