Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



2019 Gənclər Yay Olimpiya Festivalına bir il qaldı



Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına geriyə sayım başlayıb. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən BrendSport.az saytına verilən məlumata görə, şəhərin mərkəzi keçələrindən birində geriyə sayımı göstərəcək saat da quraşdırılacaq.

Açılış mərasimi 21 iyul, 2019-cu il tarixdə Crystal Hall-da baş tutacaq tədbir 6 gün davam edəcək. Yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir. İdmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 12 idman qurğusunda, 13 proqram üzrə mübarizə aparacaqlar.

Festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə 1990-cı ildə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən Avropa Gənclər Festivalını keçirmək təklifini irəli sürmüşdür. Festival 14-18 yaşlar arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. İlk dəfə festival 1991-ci ildə Belçikada, Brüsseldə baş tutmuşdur.

Festival iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur.

Qeyd edilən Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları yaxud Panama Gənclər Oyunlar kimi ənənəni həmçinin Avropada davam etdirmək imkanını yaradır.

10 iyul tarixdə yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki, Əlaqələndirmə Komissyasının üzvü, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir və Əlaqələndirmə Komissyasının üzvü, Bosniya və Hersoqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç Bakıda səfərdə olublar.
Toplantı zamanı 2019 Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Təşkilat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, atletlər kəndindəki durum, MOK-lar arası əlaqələrin qurulması, könüllülərin yarış proqramı və digər, mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib. Bunula yanaşı, qonaqlar Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Əl oyunları Sarayı, Atletlər kəndi və bir sıra idman qurğularında da olublar.


Facebook-da paylaş

Xəbəri paylaş