Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib




Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər veririk ki, çempionatın aşılış mərasimi idmançıların paradı ilə başlayıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsinə və idmana, o cümlədən, güləşə göstərdiyi diqqət və qayğıdan, habelə idmançıların beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev bildirib ki, güləşin inkişafı bu kimi yarışlardan başlanır. O, çempionatın qalib və mükafatçılarının yığma komandanın üzvü kimi gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda məsuliyyətlə təmsil edəcəyinə əmin olduğunu söyləyib.

Daha sonar çıxış edən AGF I vitse-prezidenti Sahib Ələkbərov vurğulayıb ki, güləşçilər daima ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan ruhlanaraq yüksək nailiyyətlər qazanırlar: "Güləşçilərimiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc medal qazanaraq güləş tariximizdə yeni bir səhifə yazdılar. Bu il isə sərbəst güləşçimiz Hacı Əliyev 3 qat Dünya çempionu oldu. Bütün bunlar çox böyük nailiyyətlərdir".

Qarşıda güləşçiləri Avropa və dünya çempionatları, 2020-ci ildə isə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının gözlədiyini bildirən S.Ələkbərov bu mötəbər yarışlarda böyük nəticələr əldə etmək üçün idmançıların mütəmadi olaraq turnirlərə qatılmaqla təcrübə toplamalarının və gələcək böyük yarışlara hazırlaşmalarının vacibliyinə diqqət çəkib. O, bildirib ki, bu gün beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltmək, himni səsləndirmək hər bir Azərbaycan idmançısının əsas hədəfi olmalıdır.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Parad iştirakçıları xalçanı tərk etdikdən sonra yarışlar davam edib.

İlk yarış günündə 55, 63, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə 90 pəhləvan mübarizə aparıb.

Qeyd edək ki, çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə mükafatlandırılacaq, onlar ölkə yığma komandasının heyətinə cəlb ediləcək və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.

Milli.Az


Facebook-da paylaş

Xəbəri paylaş